Ölkəmizdə fəaliyyət göstərən hərbi yönümlü QHT-Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası bir yerdə, birgə fəaliyyət göstərirlər.
Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və daim dəstəkləyəcəkdirlər.
Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini daim daha da təkmilləşdirirlər.
Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala – gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcəkdir.
Lakin təəssüflər olsun ki, ölkəmizdə bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə” nail olmağa çalışırlar. Yalan və həqiqətlə heç cür uzlaşmayan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar.
Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir və dövlətimizə və dövlətçiliyimizə xidmət edirik, və birgə fəaliyyət göstəririk.
Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin kölgəsincə danışmaqdan, onlara böhtan iftira xarakterli yazılar yazmaqdan çəkinməyə səsləyirik.
Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik-Cəlil Xəlilov
Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor Məhəmmədhüseyn Sarıyev
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri – Emin Həsənli
“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri – Mehdi Mehdiyev
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri – Məhəmməd Vəliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri – Fizuli Rzaquliyev