Cəlil Xəlilova qarşı kampaniyanın gizlinləri: Respublika Veteranlar Təşkilatında kimlər su bulandırır?

28-11-2016, 08:59   

Son günlər Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası ilə bağlı saytımızda bir neçə yazılar dərc olunub. Bu yazılarda bir birinə zidd müxtəlif mövqelər əks olunurdu. Onu da bildirək ki, cumhuriyyet.az olaraq hər zaman obyektivliyi qorumaq üçün qarşı tərəfin də fikirlərinə yer vermişik və bu məsələdə də Respublika Veteranlar Təşkilatının rəsmi mövqeyini bir neçə dəfə dərc etdik.
Bundan başqa mövzu ilə bağlı bir neçə müharibə veteranları ilə bağlı QHT rəhbərləri, keçmiş zabitlər də mövqelərin ifadə etmişdilər. Azərbaycan torpaqları uğrunda döyüşmüş insanları birləşdirən və döyüşən orduya komandanlıq etmiş, general rütbəsi daşıyan, sabiq müdafiə naziri Dadaş Rzayevin rəhbərlik etdiyi bir təşkilatın adının qalmaqallarda hallanması sözsüz ki, xoş deyildi. Onu da bildirək ki, bizim üçün digər təəssüfedici məqam cumhuriyyet.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı qərəzli olmamız təəssüratının yaranması idi. Halbuki bizim üçün gerçəyin və real mənzərənin ortaya çıxması vacib idi.
Onu da bildirək ki, hərb yönümlü QHT-lərin birgə bəyanatından sonra(bu bəyanat tam şəkildə saytımızda dərc olunub) bizim də apardığımız araşdırmalar nəticəsində gerçəklik üzə çıxdı. Məlum oldu ki, əslində general D.Rzayevə qarşı C.Xəlilovun çevriliş iddiasının heç bir əsası yoxdur. Əksinə, özünü təşkilat daxilində rəhbərliyə yaxın göstərən müəyyən qruplaşma C.Xəlilova qarşı kampaniya apararaq Respublika Veteranlar Təşkilatının sədr müavini postunu ələ keçirmək istəyindədir. Ən təəssüfedici məqam isə bundan ibarətdir ki, xəyanət və korrupsiya üzərində təbliğat quranların özü elə bu çirkablığın içindədir. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq ilginc məqamların yer aldığı geniş araşdırmamızı yaxın günlərdə diqqətinizə çatdıracayıq.
– Tələbəlik dövrünün siyasi mövqeyi və bir aclıq aksiyasının fəsadları;
– Müxalifətçilikdən iqtidar düşərgəsinə gedən dolanbaclı yollar;
– Səfər Əbiyevdən sonrakı dönəm və ya Müdafiə Nazirliyi Səfərbərlik Xidmətinə necə dəyişdirildi?
– Bir generalın qohumunun Respublika Veteranlar Təşkilatında post iddiası;
– Üzdə bir, arxada başqa mövqe göstərənlərin gerçək üzü və ya ifşa olunan qruplaşma…
Bütün bunlar haqda növbəti yazımızda…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar