Latviyada Azərbaycansayağı fırıldaq- Adıgözəl Məmmədov kimdir?

1-12-2016, 08:54   


Uzun illərdir Latviyada Azərbaycan hakimiyyətinin təbliğatını apararaq diaspora adıyla fəaliyyət göstərən Məmmədovlar barəsində redaksiyamıza bir sıra maraqlı məlumatlar təqdim edilib. Belə ki, Latviyanın paytaxtı Riqa şəhərində vitse-meri Andris Ameriks ilə qanunsuz işbirliyinə girən və özünü Azərbaycan diasporasının önəmli fiquru hesab edəən Adıgözəl Məmmədov adıçəkilən ölkənin KNAB (Koorrupsiyaya Qarşı Mübarizə İdarəsi) təşkilatı tərəfindən ifşa olunub. Məlumatlara görə, Riqanın vitse-meri Andris Ameriks və hazırda mer olan Nil Uşakov Latviyada rusların Birliyi kimi tanınan – Soqlasiya partiyası ilə yaxından əməkdaşlıq edib, lobbi dəstəyi alırlar. Bu yaxınlığın nəticəsində Riqa merliyinin bütün bahalı layihələrinin 80 faizini keçirilən tenderlər də Məmmədovlar ailəsi “udur”. Sistem belədir ki, Adıgözəl Məmmədova aid “Riga” Sanitar Transport şirkəti, Məmmədova aid təmir-tikinti firması və adını məlum olmayan digər şirkətlər var. Bu şirkətlər Adıgözəl Məmmədovun hyat yoldaşı Maya Məmmədovanın adına rəsmiləşdirilib. 2016-cı ilin əvvəllərindən başlayaraq Məmmədova məxsus təmir-tikinti şirkəti Riqa şəhərində nəqliyyat yollarının bərpa və qurulmasına başlayıb. Onu da bildirk ki, bu şirkət hələ 2013-cü ildən 2016-cı ilə qədər tenderlərin 88 faizində müəmmalı şəkildə qalib olub və nəticədə 6,2 milyon avro təmiz gəlir əldə edib. Təbii ki, bu müəmmalı qaliblik də Latviyanın aidiyyatı qurumlarının diqqətini çəkib. Respublikanın KNAB adlı korrupsiyaya qarşı mübarizə dövlət təşkilatı araşdırma aparıb və məlum olub ki, Lariya Məmmədova əldə edilən gəlirlərdən hissə-hissə vitse-merin (Andris Ameriks) təmsil olunduğu partiyaya yardım etmişdir. 2014-cü ilin sentyabr ayında isə Aıgözəl Məmmədovun şirkəti olan “Riga” Sanitar Transport şirkəti tərəfindən “VİENOTİBA” partiyasına yardımlar edilib.

Daha maraqlı detallardan biri də budur ki, “Mono” Holdinqin sahibi Mixail Ulmana 18 min evro yardım adıyla pul verilib. Maraqlı odur ki, Latviyanın KNAB şirkəti 2016-cı ildə özlərini Azərbaycan diasporasının aparıcı simalarından hesab edən Adıgözəl Məmmədov və Maya Məmmədovanın təmsil etdiyi təşkilatlardan ruslara və rus partiyalarına edilən yardımların siyahısını, bank köçürmələrini rəsmi saytlarında işıqlandırıb. Həmçinin Məmmədovların təmir-tikinti şirkəti 2016-cı ilin may ayından sentyabradək Riqa şəhər daxilində eyni zamanda mərkəzi hissələrdə bütün yol qovşaqlarında təmirə başlamış, bu da əhali arasında narazılıq doöurub. Əhalinin şikayətləri üzrə LTV1 və LTV 7 kanalları bunu işıqlandırıb. Latviyda baş verən bu olaylar nədənsə Azərbaycan mediasında işıqlandırılmayıb və buna imkan da verilməyib. Biim əməkdaşımız Rəşad Rüstəmov əldə olunan bu məlumatlarla bağlı araşdırma aparmış, Latviyanın delfi.lv, LTV1, LTV7, Riqa Duması, KNAB təşkilatının faktlarla dolu məlumatlarını əldə edib. Eyni zamanda Məmmədovlara məxsus təşkilatların fəaliyyətini araşdırmışdır. Bundan əlavə araşdırmalar zamanı məlum olmuşdur ki, Latviyada diaspora adıyla fəaliyyyət göstərən “Azeri-Çıraq” təşkilatını Məmmədovlar ailəsi maliyyələşdirir (http://metbuat.az/news/48330/xocali-soyqiriminin-23-cu-ildonumu-latviyada-da-qeyd-olunub.html – http://yap.org.az/az/view/news/10488/latviyada-ulu-onder-heyder-eliyevin-nurlu-xatiresi-anilib . Diasporanın Baltikyanı ölkələrdə bir sıra tədbirlər keçirilməsini maliyyyələşdirirlər.


Rəşad Rüstəmov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar