Hərbiyönümlü QHT-lər etiraz edir:- Biz kimisə dəstəkləyən bəyanat verməmişik

2-12-2016, 23:16   



Bugünlərdə bir sıra saytlarda hərbiyönümlü QHT-lərin Respublika Veteranlar Təşkilatının

sədr müavini Cəlil Xəlilovu dəstəkləməsi barədə məlumat yayılmışdı. Cəlil Xəlilov

tərəfindən mediaya ötürülən məlumatda qeyd olunurdu ki, hərbiyönümlü QHT-lərin rəhbərli

Cəlil Xəlilov barədə mətbuatda yazılanlara qarşıdır. Xəlilov hətta QHT rəhbərlərin adından

mediaya bəyanat da göndərmişdi. Əməkdaşımız həmin bəyanatda adı qeyd olunan

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevlə

əlaqə saxlayıb. Məhəmməd Vəliyev bildirdi ki, “hər il olduğu kimi veteran təşkilatları

toplaşıb növbəti ildə görəcəyimiz işləri müzakirə edirdik. Birgə fəaliyyətimizi müzakirə

etdik, əməkdaşlıq barədə danışıqlar apardıq. Amma bz kimisə müdafiə etməklə bağlı hansısa

müzakirə aparmamışıq. Konkret olaraq kimisə dəstəkləmək barədə bəyanat verməmişik.

Mətbuata açıqlama isə veteran həmrəyliyi və birgə əməkdaşlıqla bağlı olub. Biz veteran

təşkilatları həmişə olduğu kimi birgə fəaliyyəti, birgə tədbirlər keçirməyi müzakirə etdik”.



Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum oldu ki, Milli Ordumuzun ilk

döyüşçülərindən olan, ilk hərbi hissənin döyüşçüsü və zabit olan, döyüşçülər arasında böyük

nüfuza malik, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev isə

ümumiyyətlə görüşdə iştirak etməyib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəyasət heyətinin üzvü,

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədr müavini, Qarabağ və Silahlı Qüvvələr

veteranı, ehtiyatda olan polkovnik Həsən Əmirov əməkdaşımıza müsahibəsində qeyd etdi ki,

görüşdə veteran təşkilatlarının əməkdaşlığı müzakirə edilib, kiminsə müdafiə edilməsi ilə

bağlı söhbət olmayıb. “Olmayan şeyi danışmaq dəyərlərimizə və zabit şərəfinə ziddir. Ən

kiçik zabit bilir ki, bəyanat imzalanıb möhürlənməlidir. İmzalanmamış, möhürlənməmiş

bəyanat yaymaq böyük ənənələri olan təşkilata yaraşmır. Bu addımı atanlar dərhal təkzib

verib, səhvlərini düzəltməyə çalışmalıdırlar. Mən uzun müddət Ehtiyatda Olan Zabitlər

Konfederasiyasında xalqımızın qəhrəman oğlu, Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr

veteranlı, Başkəndi azad etmiş, böyük sərkərdə ehtiyatda olan general Dadaş Rzayevin

müavini olmuşam. O bəyanat verəndə adı olan hər kəslə dəfələrlə razılaşdırıb möhürlədirdi.

Belə təcrübəsizlik etmək olmaz. Yalan demək zabit şərəfinə və insanlığa yaraşmaz!

Atalarımız yaxşı deyib, yalan ayaq tutar, yeriməz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar