Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində “Yapı Kredi Bank Azərbaycan” haqda həqiqəti əks etdirməyən silsilə yazılar dərc olunmaqdadır. Sayt və xəbər portallarının elektron ünvanına anonim şəkildə ötürülən həmin məlumatların tərəfimizdən araşdırılması zamanı isə məlum olmuşdur ki, bu məlumatlar doğruluq yükündən məhrum olmaqla yanaşı, kimlərinsə qara piar kampaniyasının tərkib hissəsidir. Həmin iddiaların ictimailəşməsində iştirakçı olduğumuzdan “Yapı Kredi Bank Azərbaycan” haqda saytımızda dərc olunmuş materialları təkzib edirik.
anaxeber.info olaraq 15 sentyabr 2016-cı il tarixdə saytımızda yayımlanan “Fətulla Güləninin Azərbaycandakı gizli bankı – “Yapı Kredi Bank Azərbaycan”
başlığı altında yer alan yazıda əks olunun faktlar tərəfimizdən araşdırılmış və bu məlumatların həqiqəti əks etdirmədiyi üzə çıxmışdır. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, “Yapı Kredi Bank Azərbaycan” ölkəmizin perespektivli banklarından biri olmaqla yanaşı hər hansı bir qeyri-qanuni qruplaşmalarla heç bir əlaqəsi yoxdur. Məlumat üçün bildirək ki, Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.
Hal hazırda Yapı Kredi Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif etməkdədir. Türkiyənin ən nüfuzlu holdingi Koç Group və Avropanın ən böyük bankı Unicredit Groupun səhmdarı olan Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas məqsədi səhmdarlarının dünyanın 17 ölkəsində mövcud olan təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib, ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir.
2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır.
Bankın rəhbər strukturu təsisçilərin (səhmdarlarin) ümumi yığıncağı, müşahidə şurası, audit komitəsi və idarə heyətindən ibarətdir. Yapı Kredi Bank Azərbaycan QSC dünyaca nüfuzlu Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. Fəaliyyət göstərdiyi müddətdə Yapı Kredi Bank Azərbaycan bankçılığın pərakəndə və korporativ sahələrində mütərilərinə bir neçə yeni məhsullar təklif etmiş və bunun üçün də, müxtəlif mükafatlara layiq görülmüşdür.
– 2015-ci ildə banco.az portalında müştərilərin səsverməsi nəticəsində Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
– 2015-ci ildə Global Banking and Fiance Review tərəfindən Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
– 2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Pərakəndə Bank, Azərbaycan
– 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Aktiv Bank fəaliyyəti göstərdiyinə görə təşəkkür məktubu
– 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən İnnovativ Korproativ Bank, Azərbaycan
– 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Yeni Pərakəndə Bank, Azərbaycan
– 2012-ci ildə Master Card tərəfindən Ən Yaxşı Marketinq Kampaniyası-Worldcard