Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiqləyib.
Dəyişikliyə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu sahəsində təqdim etdiyi elektron xidmət ləğv edilib. Dövlət Komitəsi elektron qaydada torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulunu isə davam etdirəcək.
Müvafiq olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu, geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu sahəsində elektron xidmətlər təqdim etmək hüququ verilib.