Təsdiqlədiyi büdcəni icra edə bilməyən hökumət- “İslahatlara hökumətdən başlamaq lazımdır”

16-12-2016, 12:20   


Bu fikri iqtisadçı-ekspert Nemət Əliyev facebook hesabında yazıb. İqtisadçı yazısına belə davam edir:

“Dövlət büdcəsinin gəlirləri noyabrda 57 faiz azalıb. Əgər oktyabr ayında büdcəyə 2 milyard daxil olmuşdursa, noyabrda bu göstərici 1 milyard 138 milyon azalıb və 862 milyon manata düşüb. Sonuncu göstərici büdcə qanunu ilə nəzərdə tutulan orta aylıq normadan da 39 faiz azdır. Büdcəyə daxilolmaların 11 aylıq həcmi isə proqnoz göstəricidən 2,5 milyard manat və ya 16% az olub.


Hökumət dövlət büdcəsi hesabına 3 milyard manatlıq maliyyələşməni də həyata keçirə bilməyib. Elə bu üzdən də “yanvar-noyabr” dövründə nəzərdə tutulan maliyyələşmənin 18%-i kəsirdə qalıb.

Lakin itkilər bununla bitməyib. Manatın nisbətən yaxşı alıcılıq qabiliyyəti göstərdiyi aprel, may, iyun və iyul aylarında Neft Fondu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək dövlət büdcəsinə 2,4 milyard manatlıq ödəmələri həyata keçirməyib. Aprel ayının ödəmə öhdəliyi sentyabr və oktyabr aylarında hissə-hissə icra olunsa da, sonrakı 3 ayın ödənişləri hələ də qalmaqdadır. Vaxtında ödənilməmiş bu pul kütləsi sonrakı aylarda manatın ucuzlaşmasının təsiri ilə təxminən 200 milyon dollarla ölçülən zərər yaradıb. Başqa sözlə desək, dövlət ehtiyacları üçün 4-7 ay əvvəl daha çox mal almaq, iş və xidmətlər yerinə yetirmək mümkün idi. Ödəmələrin vaxtında icra olunmasına nail olmaqla 5-6 ay əvvəl real sektora investisiya qoyuluşunu genişləndirmək, burada iqtisadi fəallığı artırmaq da olardı. Lakin bütün bu imkanlar əldən verilib. Hətta, ötən illə müqayisədə həcmi 2 dəfədən çox azaldılmış investisiyalar üzrə öhdəlik 21-25% kəsirlə yerinə yetirilib.

Beləlliklə, büdcə qarşısında vəzifə və öhdəliklərin yerinə yetirilməməsi iqtisadi fəallığı hədəfə gətirərək onu daha da zəiflədib. Buna iqtisadi sabotaj da demək olar. Büdcəyə belə münasibətin iqtisadi tənəzzülün sərhədlərini daha da böyüdəcəyi heç bir şübhə doğurmur. Odur ki,müsbət nəticələrə nail olmaq naminə islahatlara hökumətdən başlamaq lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar