Qara neftin 'ağ günləri' də varmış...

17-12-2016, 13:06   
Qara neftin 'ağ günləri' də varmış...

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, Azərbaycan bu ilin 11 ayında 5 milyard 895 milyon 873 min 750 dollarlıq xam neft ixrac edib. Bu, ötən ilin eyni dövründən 2 milyard 364 milyon dollar (28,62%) azdır.

2016-cı ilin 11 ayında Azərbaycanın 8 milyard 314 milyonuq ixracının 70%-dən çoxu xam neftə əsaslanıb. Sözügedən dövrdə bütövlükdə xam neft, təbii qaz və neft məhsulların ixracatdakı payı 86,35% olub. Bu o deməkdir ki, ölkəyə valyutanı gətirən əsas məhsul neftdir. Son 5 ildə təkcə xam neftin ixracından Azərbaycana gələn valyutanın hansı sürətlə azaldığına baxsaq, ixracatın niyə aşağı düşdüyü sual doğurmaz. Hökumətin neft ixracatını neftdənkənar ixracatla əvəzləmək planları da hələ nəticə verməyib. Bu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixracat 347 milyon dollar (23,4%) azalıb və cəmi 1 milyard 135 milyon dollar olub.

Son 5 ilin 11 ayında Azərbaycanın ixrac etdiyi xam neft (ABŞ dollarıyla)

2010 – 16 milyard 821 milyon

2011 - 21 milyard 316 milyon

2012 - 18 milyard 786 milyon

2013 - 18 milyard 587 milyon

2014 - 17 milyard 578 milyon

2015- 8 milyard 259 milyon

2016 - 5 milyard 896 milyon
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar