Bu yaxınlarda elektrik enerjisinin ardınca Azərbaycanda benzinin də bahalaşması gözlənilir. Bununla bağlı təkliflər artıq Tarif Şurasına təqdim edilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, kommunal xidmət göstərən qurumların maliyyə durumunun yaxşı olmaması və kənardan maliyyə cəlb etmək imkanlarının məhdud olması səbəbindən hökumət təbii inhisarların xidmət tariflərini artırmağa məcburdur: “Benzin və dizel yanacağının 20-25 faiz bahalaşması gözlənilir. Sonrakı mərhələdə isə əhaliyə satılan təbii qazın qiymətində bahlaşma olacağı nəzərdə tutulur”.
İstiqlal.az xatırladır ki, il ərzində Tarif Şurası əhaliyə satılan içməli suyun, qazın və elektrik enerjisinin qiymətinin bahalaşması barədə qərar qəbul edib.
Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.