Məktəblərdə “qış yığımı” başladı…- Təhsil Nazirliyi də "top"u yenə valideynlərin üzərinə atdı

22-12-2016, 11:51   
Məktəblərdə “qış yığımı” başladı…- Təhsil Nazirliyi də "top"u yenə valideynlərin üzərinə atdı
Bakının və Abşeronun əksər məktəblərində artıq Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, daha doğrusu, Yeni il bayramı- şənlik adı altında növbəti “pul yığımı”na start verilib. Bu isə valideynlər qarşıq, əksər müəllimlərdə də narazılıq yaradıb. Əksər müəllimlər “yuxarılar”dan gələn “tapşırığı” icra etmək istəmirlər.
Təhsil Nazirliyi də öz növbəsində “pul yığımı”na münasibət bildirib.
Gununsesi.info-nun Təhsil Nazirliyinə ünvanlanmış sorğusuna çavab olaraq adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, burada məcburi qaydadan söhbət gedə bilməz.
O, bu məsələ ilə bağlı valideynlərə də müraciət edib:
“Məktəbdə hər hansı bir tədbirin keçirilməsi ancaq kollektivin ümumi rəyi ilə könüllü şəkildə gerçəkləşə bilər. Burada məcburi qaydadan söhbət gedə bilməz. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə, fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru barəsində lazımi tədbir görüləcək” .
Anar
Gununsesi.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar