24 Dekabr 2016 02:04 Print Email
selim-mehman“Görünür ölkənin prezidenti İlham Əliyevin ad gününə böyük bir hədiyyə etmək istəyiblər …”
Bunu facebook səhifəsində gənc blogger Mehman Hüseynov yazıb. O, özünə qarşı təxribatı belə dəyərləndirib:
“Bu gün saat 15:10 radələrində evdən çıxıb bərbərə gedirdim. Məhləmizin çıxışında arxaya dönüb gördüm ki, maşından bir mülkigeyimli şəxs düşüb dalımca gəlməyə başladı. Avtobus dayanacağına gedərkən yolda dayandım ki, görüm həmin o şəxs hara gedəcək? O da məni görüb yolunu dəyişdi. Elə də narahat olmadım, fikirləşdim ki, kimsə təsadüfi adamdı. Avtobusa minib getdim bərbərə.
Bərbərxananın giriş qapısı şəffaf idi, çöl görünürdü. Salonda güzgüyə baxanda bir az həyacanlandım, küçədə fikir verdim ki, evimizin yanında olan başı papaqlı şəxsiyyətsiz necəsə gəlib bura çıxıb. Artıq dəqiq bildim ki, məni evdən buraya qədər izləyiblər. Bərbərdən çıxanda telefonda artıq 1-2 dostuma xəbər vermişdim ki, mənə qarşı nəsə hazırlanıb. Özümü toparlamışdım, bilirdim artıq nə edəcəm.
Qapıdan çıxıb avtobus dayanacağına gedəndə fikir verdim ki, məndən arxada, 50 metrə uzaqda 3-4 mülkigeyili şəxs dayanıb. Mən də onlar tərəf yox, qarşı tərəfə getməyə başladım. Elə həmin bir şəxs düz gözlərimə baxaraq üstümə gəldi, məndə yol ilə düz gedirəm. Həmin banditə oxşayan şəxsiyyətsiz yanıma yaxınlaşaraq var gücü ilə mənim çiynimə vurdu və əlimdən yapışdı. Elə arxadakılar da biz tərəfə gəlməyə başldılar. Dərhal onun əlindən çıxıb naməlum istigamətə qaçmağa başladım, onlarda gördülər adam çox olan yerə qaçdım özlərini itirdilər, bilmədilər nə etsinlər. Mən də o vaxta məhəllələr arası cırdım aradan.
Bəli, bu mənə qarşı təxribat idi. Mülki geyimli şəxslər məni təkliyərək ya məni çox pis döymək istədilər, ya mənim cibimə narkotik atlb şərləyəcəkdilər, ya da gözləyirdilər ki, mənə yumuruq vuracaqlar, mən də cavab olaraq onlara əl qaldıracam və beləliklə məni xuliqanlıq adı ilə həbs edəcəklər.
Suallar yaranır bəs o adamlar kim idilər? Mən bilmirəm kim idilər onlar, polislər idimi, ya hansısa məmur öz quldurlarını üstümə göndərmişdi. Amma onu dəqiq bilirəm ki, mənə qarşı atılan hər bir addımı, hər bir təhlükənin arxasında bu hakimiyyət dayanır. Və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır!
Mənə qarşı olan bu təzyiqlər, hücümlar birbaşa mənim jurnalistika və bloqqerlik fəaliyyətim ilə bağlıdı. Çünki illərdi mən bu hökümətin, bu nazirlərin, bu deputatların, məmurların maskalarını çıxarıb, onları ifşa edib xalqa təqdim etmişəm. Son vaxtlar isə yuxardakıların xalqdan oğurlanan pulları hara xərcləyirlər, onu araşdırıb, məmurların mülklərini, biznes şəbəkələrini araşdırıb camaata göstərirdim.
Və ən əsası onu da qeyd edim ki, bu yaxınlarda mən RATİ-nin (Reportyorların Azadlıq və Təhlükəsilik İnstitutun-un) rəhbəri seçilmişəm. Bu gün səhər isə hüquqşunasımız rəsmi sənədləri Ədliyyə Nazirliyinə göndərib.
Və görünür bu reportajlar, onları qorxuya, təlaşa salıb və məni RATİ-nin direktoru seçilməyim sərf eləməyib deyə onlar qərara gəliblər ki, məni aradan götürsünlər. Amma xeyri yoxdu, mən dayanan deyiləm çünki mən düzgün yoldayam, mən ölkədə baş verənləri çəkib göstərirəm. Mən məmur özbaşnalıqlarına, qanunsuzluğa, saxtakarlığa göz yuman deyiləm. Mənim etdiklərim cinayyət deyil!
Mən cinayətkar deyiləm, mən xuliqan deyiləm, mən narkoman deyiləm, istəyirsiz məni öldürün, istəyirsiz məni həbs edin! Amma həbs edərkən bunu kişi kimi edin, oğraşlıqla, ucuz yollarla etməyin. Cəzalandırmaq istəyirsizsə, cəzalandırın, kişi kimi zəng edib deyin Mehman səni həbs edirik, gəl təslim ol. Mən gələrəm, amma mənə qarşı mundar hərəkətlərinizi dayandırın!
Bir daha deyirəm, mən bilmirəm kim bu sifarişin arxasında durub, Kəmaləddin Heydərovdu, Ziya Məmmədovdu, Ramil Usubovdu və ya başqa kimsə. Mənə qarşı atılan hər belə addım bu hökümət tərəfindən atılır!
Bütün mənə dəstək olan dostlar isə bir-bir təşəkkürümü bildirirəm! Var olun!”