"SAMIR ŞƏRIFOVUN IŞI XALQI ALDATMAQ, MƏTBUATI "ZƏRƏRSIZLƏŞDIRMƏK" - ŞOK İDDİA

26-12-2016, 09:21   



"SAMIR ŞƏRIFOVUN IŞI XALQI ALDATMAQ, MƏTBUATI "ZƏRƏRSIZLƏŞDIRMƏK" OLUB. PREZIDENT GÖZARDIMI EDILIB?" - ŞOK İDDİA Manat sürətlə ucuzlaşmağa davam edir, qiymətlər isə get-gedə bahalaşır. Azərbaycanda faktiki olaraq məxməri devalvasiya baş verib. Belə bir şəraitdə ölkəni bu çətin durumdan çıxarmaq üçün real addımlar atılmaq əvəzinə, ölkədə yenidən dollar qıtlığı yaşanmağa başlayıb. Əksər ekspetlər baş verən hadisələrin bir neçə nəfərin əli ilə süni şəkildə təşkil olunduğunu bildirirlər ki, onlardan biri də maliyyə naziri Samir Şərifovdur deyirlər. Altun.az xəbər verir ki, hətta Tərəfdar.az-a danışan mənbələrin iddiası var ki, S.Şərifov vəzifədən alına və həbs oluna bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun gözlənilmədən işdən çıxarılması bu istiqamətdə gündəmi bir qədər dəyişib. Yayılan məlumatlarda E.Məmmədovun "vurulması”nın arxasında onun "qara bazar”a dollar çıxarması göstərilir. Bildirilir ki, E.Məmmədov bir neçə başqa bankir dostuyla birlikdə "qara bazar”a külli miqdarda xarici valyuta çıxarılmasını təşkil edib.

Bu məsələ ölkədə ciddi problem səviyyəsinə çatıb, hətta parlament səviyyəsinə qaldırılmışdı. Deputat Yevda Bayramov bir neçə gün öncə Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, şəhərin müxtəlif yerlərində külli-miqdarda xarici valyuta satırlar. Özü də bu, qeyri-qanuni yollarla, müxtəlif maşınlarda həyata keçirilir. Elmar Məmmədov bu posta Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevdən sonra gətirilib. Mediada da bildirilir ki, o, bu vəzifəyə maliyyə naziri Samir Şərifovun dəstəyi ilə çatıb. C.Hacıyev həbsindən sonra da Beynəlxalq Bankın yeni rəhbərliyini hədəfə alan açıqlamalarında əsasən Samir Şərifovu "vurmuşdu”. Əslində, Cahangir Hacıyev mətbuata göndərdiyi son müraciətində Beynəlxalq Bankın rəhbərliyini tamamilə hədəfə çıxarmış və yeni rəhbərliyin fəaliyyətini incələməyin, təhlil etməyin lazımlılığını bəyan etmişdi.

Məlum açıqlamadan sitat: "2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.

Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Hardadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstərdiyim külli miqdarda vəsaiti nağd formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur”.

Ekspertlər bildirirlər ki, Cahangir Hacıyevin dediyi həmin valyuta bankın yeni rəhbərliyi tərəfindən "qara bazar”da satılıb.
Belə ki, Beynəlxalq Bank rəhbəri işdən çıxarılmazdan az öncə valyuta bazarının niyə belə çətin vəziyyətə düşdüyü barədə maliyyə naziri Samir Şərifovdan hesabat tələb edilib. Nazir isə valyuta bazarında bu qeyri-müəyyənliyi və hərc-mərcliyi tutarlı arqumentlərlə izah edə bilməyib və məsuliyyəti üzərindən atmaq üçün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovu hədəfə çıxararaq onu qurban verib. Mənbə iddia edir ki, Samir Şərifovun dəstəyi ilə vəzifəyə gəlmiş Elmar Məmmədov onun diqtəsi və təlimatı olmadan nəinki "qara bazar”a pul çıxarmaq kimi böyük risk daşıyan bir əmələ qol qoymaz, hətta Beynəlxalq Bankın fəaliyyətinə aid olan məsələlərə belə təkbaşına qərar verməz. Şərifov isə görünür, özünü hədəfdən yayındırmaq üçün yenə daha xırda fiquru qurban verməyi seçib.

Vəziyyətin nə qədər kritik olduğunu və məsələyə dövlət başçısının müdaxilə etdiyini göstərən faktlardan biri də Prezident İlham Əliyevin bir neçə gün öncə Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verməsidir. Qeyd edək ki, ölkə başçısı Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib. Həmin müddətin bitməsinə cəmi 3 gün vaxt qalsa da, Tərəfdar.az-ı məlumatlandıran mənbə bildirir ki, hələlik bu istiqamətdə hər hansı ciddi adımların atılmasından söhbət gedə bilməz: “Hüquq-mühafizə orqanları nə ediblərsə ediblər, Samir Şərifovun işi ancaq ki, medianı “zərərsizləşdirmək” olub”.

Mənbə iddia edir ki, Samir Şərifovun həbsi məsələsi gündəmə gələ bilər: “Həm özünün məsuliyyətsizliyi, həm də maliyyə bazarlarında baş verən bütün çatışmazlıqların məsulu kimi onun qurban verilməsi gözləniləndir. Yanvarda bu istiqamətdə ciddi addımların atılacağı qaçılmazdır”.(M.Səfər, Tərəfdar.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar