Bərdədə bir ailə soyuqdan donur

18-01-2017, 22:11   
Bərdədə bir ailə soyuqdan donur

Bərdə şəhəri Zöhrabbəyov küçəsində vaxtilə çayxana kimi fəaliyyət göstərən tikilidə məskunlaşan İldırım Orucov anaxeber.info saytına müraciət edib. İldırım Orucov bildirir ki, 23 ildir həmin tikilidə məskunlaşıb. Şikayətçinin sözlərinə görə, həmin tikilidə yaşamağa başlayandan indiyə qədər qaz üzünə həsrətdirlər: "Qaz çəkmirlər. Deyirlər ki, bina özəlləşib. Biz məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin binaya ağalıq edən Elbrus Abbasov adlı şəxs qaz çəkilişinə mane olur. Deyir ki, bura qaz çəkməyin. Biz növbəti müraciətimizdən sonra Tərtər rayon regional qaz idarəsindən gəlib baxış keçirdilər. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsindən arayış aldılar ki, bina özəl tikili kimi bizdə qeydiyyatda deyil. bizimle beraber binaya agalg eden elbrus abbasov gelib tapsrdiki onlara qaz cekme bele qaldi energetica nazirliyine muraciet etdik terter regional qazidaresinden gelib baxs kecirib gedib berde dasnmaz emlak Daha sonra dövlət qaz nəzarəti idarəsindən məktub gəldi. Həmin məktubu Prezidentə, Mehriban xanım Əliyevaya, Ombudsmana, Milli Məclisə, hətta Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə və Baş Prokuroluğa göndərdim. Mehriban xanımın adından Bərdə Rayon İcra Hakimiyyətinə məktub gəldi. Bizi icra hakimiyyətinə çağırdılar. İcra başçısının birinci müavini Vahid Qarayev bizi qəbul etdi və dedi ki, mən Elbrus Abbasova heç nə deyə bilmərəm. Daxili İşlər Nazirliyindən isə Bərdə rayon Polis Şöbəsinə məktub gəldi. Təhqiqatçı evimizdə izahat aldı. Amma Elbrus Abbasov izahat verməyib. Bu adam faktiki olaraq bizi girov saxlayır.
Məcburi köçkünlər üçün tikilən binada ev vermədilər ki, siz özəl binada yaşayırsız. Məgər biz özəlləşmişik? Xahiş edirəm problrmimizin həlli üçün köməklik

göstərəsiniz".


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.