Nazirlər Kabinetində işləyən məmur övladları kişini döyüb

6-06-2014, 17:18   
Nazirlər Kabinetində işləyən məmur övladları kişini döyüb
Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər.

Hadisə iyunun 1-də Şəmkirdə baş verib. Məlumatı AzNews.az-a döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryam Teyyub qızı və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”.

Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib.

Teyyub Nəsirov Nazirlər Kabinetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir.

***

Şəmkir rayon Polis idarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərov faktı AzNews.az-a faktı təsdiqləyib: “Hər iki tərəf Gəncə sakinləridir. İndi iş bizdədir, təhqiqat aparılır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən adam döymə) maddəsi ilə cinayət işi açılacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.