Əziz Əzizova qarşı çok ittihamlar: “Uşaqların məktəbdən qayıtmaya bilər, cibindən narkotika çıxa bilər…” – VİDEO

24-01-2017, 08:51   
Əziz Əzizova qarşı çok ittihamlar: “Uşaqların məktəbdən qayıtmaya bilər, cibindən narkotika çıxa bilər…” – VİDEO

Cəlilabad rayon icra başçısı Əziz Əzizova qarşı ilginc ittihamlar yayılıb. Belə ki, Azel.tv saytının redaktoru, jurnalist Əfqan Sadıqovun video çıxışında icra başçısının və onun ətrafının rayonda gestapo rejimi yaratmasından bəhs olunur. Məlumat üçün bildirək ki, Cəlilabad rayon məhkəməsi bu il yanvarın 12-də Ə.Sadıqova qarşı açıq-aşkar qondarma qadını “döymə” ittihamı ilə 30 ay müddətinə həbs qəti imkan tədbiri haqda hökm çıxarıb. Aşağıda cumhuriyyet.az olaraq sizə təqdim etdiyimiz videosüjetdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov onun yarıtmaz idarəçiliyini və korrupsiya əməllərini ifşa edən Azel.tv saytının redaktoru, jurnalist Əfqan Sadıqovu necə şərləyib həbs etdirməsindən bəhs olunur. Videogörüntüdə danışan şəxs hazırda həbsdə olan Əfqan Sadıqovdur. O həbs olunacağını bildiyi üçün həbsindən öncə bu videomaterialı hazırladıb. Ciddi ittihamların yer aldığı çıxışı diqqətinizə çatdırırıq:

Uzun müddətdir ki, Cəlilabad rayonu Dövlət Əmlak Komitəsinin sədrinin kurasiyasındadır və rayonun icra başçısı Əziz Əzizov da Kərəm Həsənovun yaxın adamı və “sağ əli”, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınıb. Amma hazırda icra başçısı komitə sədrinin kölgəsindən çıxmış sayılır. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, K.Həsənovun Ə.Əzizovun yüksəlişi ilə bağlı vədləri sırasında onun hələ ötən il Abşeron rayonuna icra başçısı təyin olunması var imiş. Ancaq bu plan baş tutmayıb. Əksinə, MTN olaylarının dalğası komitə sədrini elə silkələyib ki onun postu belə təhlükə altına düşüb. Bu isə təbii ki, digər həmkarları kimi, Cəlilabad rəhbərini də yeni himayədar və yeni komanda haqda düşünməyə məcbur edib.
Cəlilabad rayon icra başçısının Kərəm Həsənovun siyasi cazibə dairəsindən çıxması haqda məlumatlı mənbənin sözlərinə görə prosesi qarşılıqlı da saymaq olar. Belə ki, əslində komitə sədri də icra başçısına tam güvənli olmayıb: “Hər iki övladı Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifədə çalışan Cəlilabad rayon icra başçısının köməkçisi Malik Şərbətov bu inamsızlığa sübut ola bilər. M.Şərbətov əslində Adminstrasiyada yüksək post tutan bir məmurun kadrı kimi tanınıb. Amma onun icra başçısının yanında komitə sədrinin nəzarətcisi və məlumatçısı olduğu da hər kəsə bəllidir. Məhz bu səbəbdəndir ki, Ə.Əzizov “mehriban düşmən” olduğu köməkçisini istəsə belə vəzifəsindən azad edə bilmir”.
Prosesin hazırki durumu ilə bağlı məlumatlarda bildirilir ki, icra başçısı artıq bir neçədəfə komitə sədrinin deputat qardaşına sərt üzünü göstərib. Kərəm Həsənova gəldikdə isə onun komanda daxilindəki durumu hələ ki hər hansı güc nümayişinə imkan vermir. Ə.Əzizov isə artıq yaxın ətrafına hakimiyyətdaxili “yenilikçilər” kimi tanınan qruplaşmanın himayəsinə keçdiyini bəyan edib.
– Kərəm Həsənovun vəsaiti ilə tikilən bağça və xəstəxana üçün rayonda kimlərdən pul yığılıb?
– İcra hakimiyyətinin binasında “ştatlı işverən xanım” son .ərləmə əməliyyatını necə və neçəyə həyata keçirib?
– Məhkəmə sədrindən kimə hökm oxunması istənilib?
Bütün bunlar haqda növbəti yazımızda…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.