Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin İslam dininə və onun müqəddəslərinə qarşı etdiyi həqarətlər barədə mediada dəfələrlə məlumatlar yayılıb. Azərbaycan adlı müsəlman ölkəsində, Əhli-beyt məkanı sayılan Gəncədə islami dəyərlərə qarşı düşmənçilik edən Elmar Vəliyev bu dəfə Həzrəti İmam Hüseyn(ə)-ın adına hörmətsizlik edib.
İslaminSesi xəbər verir ki, icra başçısı Elmar Vəliyev Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn" meydanını bağlatdırıb.
Bu azmış kimi əziz İslam Peyğəmbərinin nəvəsi, Allah dininin yaşaması üçün öz canından keçərək şəhadətə yetişən İmam Hüseyn(ə) –ın adı yazılan lövhəni zibilliyə tullayıb.
Bu isə əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan xalqı tərəfindən haqlı narazılıqla qarşılanıb.