Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir. Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxladan DYP kapitanı aralarındakı mübahisə zəminində onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: "Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 qaynar xəttinə və hüquq mühafizə orqanlıarına məlumat versəm də bunun heç bir faydası olmayıb".
Savash.org vasitəsilə ölkə başçısı İlham Əliyevə və müvafiq strukturlara müraciət edən vətəndaş pozulmuş hüquqlarının bərpasını və DYP əməkdaşı adına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
Sonda onun videomüraciətini də diqqətinizə təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=vYWSKlIWS74]