Təcili: Ərdoğana silahlı sui-qəsd

7-06-2014, 16:03   
Təcili: Ərdoğana silahlı sui-qəsd
İstanbul Sultangazi Bələdiyyə Əlavə Xidmət binası açılışına qatılan baş nazir Ərdoğana silahlı hücum olub.

Bizimyol.info xəbər verir ki, sui-qəsdin qarşısı son anda mühafizəçilər və polislər tərəfindən alınıb. Açılışın ardından Ərdoğanın əyləşdiyi xidməti avtomobil vətəndaşların arasından irəliləməyə başlayıb. Hərəkət edən avtomobil və kortej bir müddət sonra yavaşıyıb. Bu sırada kortejin yanından piyada irəliləyən mühafizəçilər kütlənin arasında bir şəxsin əlində silah olduğunu görüb. Polislərin ona tərəf qaçdığını görən şəxs, əlindəki silahı baş nazirin avtomobilinə doğru atıb. Dərhal zərərsizləşdirilən həmin şəxs avtomobilə mindirilib .

Sui-qəsdçinin baş nazirin avtomobilinə doğru atdığı silahın içərisində 1 ədəd 9 mm diametrində güllə olduğu təsbit edilib, silahın sandıqçası isə boş olub. Polislər onun 32 yaşlı F.Y. olduğunu müəyyən edib. Şübhəli F.Y. sorğulanmaq üçün Terrorla Mübarizə Şöbə Müdirliyinə aparılıb. FY-nin nin əqli cəhətdən sağlam olduğu və və təşkilat əlaqəsi olmadığı deyilir. Şübhəlinin sorğulamaq üçün Ankaradan 4 terror mütəxəssisi göndərilib. Çarpaz sorğuya alınan FY-nin ifadəsində market işlətdiyi, məqsədinin Baş nazirin vurmaq deyil, yalnız qorxutmaq olduğunu söylədiyi öyrənildi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.