Əhliman Əmiraslanov səhiyə naziri ola bilər

9-06-2014, 13:48   
Əhliman Əmiraslanov səhiyə naziri ola bilər
Səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, hakimiyyətdə Oqtay Şirəliyevin Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla əvəzlənməsi müzakirə mövzusudur. Bildirilir ki, Hesablama Palatasının səhiyyə ocaqlarında apardığı yoxlamalar nəticəsində korrupsiya hallarına yol verilməsi ilə bağlı ciddi faktların üzə çıxması və bütün bunların hesabata daxil edilərək birincə şəxsə təqdim edilməsi Oqtay Şirəliyevin rəqiblərini hərəkətə gətirib.

Qeyd edək ki, səhiyyə naziri Paşayevlərin kadrı hesab olunur. Onun “vurulması”nı və yerinə Əhliman Əmiraslanovun təyin edilməsini istəyən isə Naxçıvan qruplaşmasıdır. Məlumatlara görə, Əhliman Əmraslanov Qərbi Azərbaycandan olsa da, Naxçıvan qruplaşmasına sığınıb. Onun xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs olduğu deyilir. Əhliman Əmiraslanovun oğlu isə Naxçıvan qruplaşmasının başqa bir nüfuzlu təmsilçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir.
1EHLIIddialara görə, Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsini istəyənlər Hesablama Palatasının hesabatında əks olunan faktları əsas gətirirlər. Bu faktların bir qismi mətbuatda da dərc olunub. Həmin faktlardan bəzilərini yenidən xatırladırıq: “…Auditin nəticələrindən məlum olur ki, şəkərli diabet üzrə proqramın icrası zamanı bəzi hallarda bu xəstəliyə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları dərman preparatlarının, inyeksiya və özünə nəzarət vasitələrinin dəyərinin ödənilməsi ilə bağlı qaydalara əməl olunmayıb. Nəticədə Mərkəz tərəfindən respublikanın bölgələrində yerləşən tibb müəssisələrinə insulin və digər şəkərsalıcı dərman preparatları verilib, dövlət proqramında şəkərli diabet xəstələri üçün qlükometrlərin alışı nəzərdə tutulsa da, bu tədbir eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına da həyata keçirilib, 2013-cü ildə isə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna Mərkəzin anbarında saxlanılıb…
…Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramının icrası üçün alınmış həm tibbi təyinatlı vasitələrin, eləcə də tibbi avadanlıqların il ərzində proqramın icrasını həyata keçirən müəssisələrə vaxtında paylanması təmin edilməyib, dərman preparatları anbarda saxlanılaraq səmərəli istifadə edilməyib, hemofiliya və talasemiya xəstələrinin registri yaradılmayıb, müalicə vasitələrinə olan tələbatın təmin edilməsi və xəstələrə çatdırılma mexanizmi hazırlanmayıb…
…Bəzi avadanlıqların təmirinə ayrılmış vəsaitin məbləği yeni avadanlığın (sistemin) qiymətinə uyğun olub, görülmüş işlərin tərkibində eyni işlərin təkrar olunmasına baxmayaraq qiymət fərqi üzrə artıq vəsait ödənilib…
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında istismar olunan rentgen aparatı zavodun mütəxəssisləri tərəfindən təmir olunduğu və bu məqsədlə vəsait ödənildiyi halda, ondan bir neçə ay sonra aparatın yararsız olması barədə müvafiq akt tərtib edilib, avadanlıq sökülərək istismardan çıxarılıb və bu işlərə görə, habelə avadanlıq istismardan çıxarıldıqdan sonra texniki rəyə görə də əlavə vəsait ödənilib. Balansdan silinmiş əsas vəsaitlərin söküntüsündən əldə edilən yararlı ehtiyac hissələri, detallar və digər materiallar müvafiq komissiya tərəfindən cari bazar dəyəri ilə qiymətləndirilməyib və müvafiq hesabda uçota alınmayıb…
…Dövlət Büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat, Mamalıq və Genikologiya Institutuna ayrılan vəsaitlərin icrasının auditi aparılıb. Nəticədə bir sıra nöqsanlar və yeyintilərin olduğu aşkar edilib və 4890,0 manat dövlət büdcəsinə qaytarılıb.
Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi nəticəsində nöqsanlara yol verildiyi aşkarlanıb…”
Qeyd edək ki, hələ bu hesabat ictimailəşəndə belə məlumatlar yayılmışdı ki, Oqtay Şirəliyevin karyerasına son qoyula bilər. Görünür, bu məlumatlar əsassız deyilmiş.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.