Xəbər verildiyi kimi, 2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu artıq neçə gündür ki aclıq aksiyası keçirir. İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir. anaxeber.info-ın əməkdaşı qarabağ qazisinin durumu ilə maraqlanıb. İ.Türbəndiyev neçə gündür aclıq etsə də heç bir dövlət qurumundan onunla maraqlanmayıblar. Onun özünün səhhəti isə getdikcə ağırlaşır.