"Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram".
Bunu ans press-ə açıqlamasında Bakı şəhərinin meri Hacıbala Abutalıbov deyib.
“İşlə əlaqədar dövlət tədbirləri və s. olmadığı təqdirdə dünya çempionatının bütün oyunları izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, "Qarabağ"ı sevirəm sonda isə "Neftçi"ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdir.
Kiyev "Dinamo"su da həmçinin. Builki çempionatda Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna icazə verməyəcəyini düşünürəm”, - deyə Bakı şəhərinin meri bildirib.