"Ermənistan Gömrük İttifaqına və ya Avropa Birliyinə daxil olmamalıdır".
Bunu idarəçilik üzrə ekspert Arutyun Mesronyan deyib. Onun sözlərinə görə, Ermənistanın Gİ-na və ya AB-yə daxil olması rəsmi İrəvana sərf etmir. Ona görə ki, Ermənistan qeyd edilən təşkilatlardan hansınasa üzv olsa, suverenliyini itirəcək.
Ekspert hesab edir ki, Ermənistanın hansısa Birliyə daxılması üçün rəsmi İrəvan birinci növbədə güclü diplomatik korpusa, ölkənin təhlükəsizliyi naminə siyasət yürüdən peşəkar siyasətçilərə malik olmalıdır.
Ermənistan yalnız bundan sonra qoşulduğu təşkilatlarda aparıcı qüvvələrdən birinə çevrilə bilər. Əks halda suverenliyini itirəcək.