Moskvada 2 milyonluq mülklər alan rektor kimdir?..

11-06-2014, 14:41   

Xaricdə mülk almağın milli-dövləti təhlükəsizliyə də aidiyyatı var
Azərbaycanlı məmur-oliqarxların xaricdə, xüsuilə də Avropa ölkələrində mülklər alması ilə bağlı informasiyalar son illər medianın əsas xəbərlərindən birinə çevrilib. Hətta bəzi oliqarxların pullarını işə keçirmək üçün yeni-yeni üsullar, ölkələr seçməsi ilə bağlı müxtəlif informasiyalar dolaşmaqdadır . Belə ki, Azərbaycanlı oliqarxların, hətta Adriatik dənizində ada almaq arzusuna düşməsi ilə bağlı da məlumat lar media və sosial şəbəkələrdə top yer alır. Bu məmurların iri pul kütləsini hansı fəaliyyət hesabına qazanılmaları da cəmiyyət ücün heç də gizli deyil.
Qeyd etmək yerinə düşər ki, son zamanlar azərbaycanlı məmurların əmlak seçimində Rusiyaya üstünlük verməsi intensivləşib. Ekspertlər bu faktı Rusiyanın Avrasiya İttifaqı yaratmaq təşəbbüsü ilə əlaqələndirirlər. Bəziləri güman edirlər ki, Rusiya yenidən Sovet İttifaqını bərpa edəcək. Və elə bu səbəbdən də onlar bu ölkədə mülk almaq və sərmayələr qoymaqla etibar qazanmaq istəyirlər . Yəni paytaxt Moskvada və digər iri şəhərlərdə oğlunun, qızının, ya da yaxın qohumlarının adına bahalı mülk alanların sayı son zamanlar daha da artıb. İndi, hətta orta maaşlı xırda ranqlı məmurların da xarici ölkələrdə bir neçə mülk sahibi olmasına adi fakt kimi rast gəlinir. Bu kimi faktlar cəmiyyətin əksər hissəində haqlı narazılıqlar yaradır. Çünki xalq büdcə vəsaiti hesabına varlananları oğru və haramzada olaraq qəbul edir…
Eyni zamanda, o da məlumdur ki, azərbaycanlı məmurların xaricdə mülkünün və digər daşınmaz əmlakının, bank hesablarının olması bir çox sosial fəsadlar törədə bilər. Bu hallar korrupsiyaya qurşanma, vergidənyayınma və ölkədən kapital axını hadisəsi olmaq etibarilə hökumət və xalq münasibətlərində ciddi katalizator rolunu oynayır. Üzdəniraq məmurların saxta yolla əldə etdikləri milyonları (çirkli pulları!) xarici ölkələrdə mülk və daşınmaz əmlak alışına yönəltməsi bir yandan da xaricdə sanki özünə sığınacaq bronlamasdır. Halbuki hər bir məmur aşkar gəlir deklarasiyası təqdim etməli və qalan pullar büdcədən oğurluq olaraq qiymətləndirilərək xəzinəyə (xalqın hesabına!) qaytarılmalıdır. Məmurların büdcə hesabına sürətlə zənginləşməsi həm də ciddi və süni təbəqələşmənin meydana çıxması gerçəyidir. Məsələn, bir də görürsən ki, hər hansı vəzifəyə yeni təyinat alan birisi qısa zamanda tamamilə həyatını dəyişdi, xalqla öz arasında bir keçilməz sədd yaratdı. İndi belə zənginləri bir-bir barmaqla göstərib deyirlər ki, filankəsin pulunu balta kəsməz…
Böyük pul sahiblərinin sərvətlərini xarici ölkələrə daşımalarının iqtisadi-siyasi fəsadları var. Həmçinin böyük dövlətlərin öz ərazilərində əcnəbilərə məxsus mülkdən təzyiq vasitəsi kimi istifadə etməsi reallığı da düşündürücüdür. Rusiyanın Krımı ilhaq etməsindən sonar bəzi rusiyalı məmurların və işadamlarının ABŞ, Kanada, Yaponiya və Avropa ölkələrindəki mülklərinin və daşınmaz əmlaklarının, bank hesabları üzərinə həbs qoyulması olayı göstərdi ki, böyük dövlətlər bu amildən necə sui-istifadə edirlər. Ona görə də axır vaxtlar Rusiyada məmurların xaricdə mülk, daşınmaz əmlak almasını qadağan edən qanunun qəbul edilməsi təşəbbüsləri və təklifləri səslənir. Bu təklifin müəlliflərinin fikrincə, məmurların xarici ölkələrdə mülk və daşınmaz əmlak almasının onları asılı vəziyyətə salır ki, bu da dövlətin təhülksəziliyinə problemlər yarada bilər. Məlum olduğu kimi, dövlət sirrlərinə bələd olan zümrə əsasən məmurlardan ibarətdir. Digər tərəfdən, dövlətin idarəçiliyi birbaşa məmurlara bağlı olduğundan, xarici dövlətin təsirində olan məmurlar öz ölkələrinin mənafeyini tam qoruya bilmirlər. Ona görə də indi Rusiyada bu məsələlərə çox ciddi yanaşırlar və məmurların xaricdə mülk və daşınmaz əmlak almasını qadağan edən uyğun qanunun qəbul olunması ehtimalı çox böyükdür.
Artıq reallıq bunu tələb edir ki, Azərbaycan da bu məsələyə çox ciddi yanaşmalıdır. Ancaq hələ ki, bu məsələdə dövlət orqanları passivlik nümayiş etdirlər. Əldə etdiyimiz məlumata görə, Milli Məclisin rəhbərliyində məmurlara xarici ölkələrdə mülk və daşınmaz əmlak almağı qadağan edən qanun layihəsinin hazırlanması ilə bağlı qərar artıq verilib. Bildirildiyinə görə, bu qanunun qəbulu ilə dövlət qulluqçularına, eyni zamanda bəzi hökumət müəssislərində çalışanlara xaricdə mülk və daşınmaz əmlak alması qadağan olunacaq. Bu qanunun məmurların ailə üzvülərinə də şamil ediləcəyi gözlənilir. Belə olduğu halda, həmin mülklərin taleyi barədə düşünəcəklər. Əks təqdirdə onlar ən azından tutduqları vəzifəni itirməli olacaqlar. Bundan başqa həmin məmurların mülkləri və bank hesabları olduğu ölkənin xüsusi xidmət orqanlarının təsiri altına düşüb-düşməməsi və başqa dövlət qarşısında öhdəliklərinin olub-olmamsı da araşdırıla bilər.
İndi vəziyyət o yerə çatıb ki, nəyin bahasına olursa-olsun Azərbaycanda qazandığı çirkli pullarla xaricdə mülklər almaq iri və xırda vəzifə sahibləri arasında dəb halını alıb. Qeyd etdiyimiz kimi, belə məmurlar arasında Moskvaya üz tutanların sayı coxalıb. Rusiyada bu cür əmlak satınalmalarından ikisi haqqında redaksiyamıza məlumat daxil olub. Özü də nə az, nə çox - hər birinin dəyəri 1 milyon ABŞ dolları məbləğində. Moskva şəhərində olan müxbirimizdən aldığımız məlumata görə, Azərbaycandakı ali təhsil müəssisələrdən birinin rəhbəri Rusiya paytaxtının “Metro Univesitet ” deyilən ərazisində oğlu və qızı üçün iki mülk alıb. Həmin mülklərin ayrı-ayrılıqda hər birinin qiyməti 1 milyon dollardan çoxdur. Bildirilir ki, bu ərazi Moskva şəhərinin ən bahalı rayonlarından hesab olunur. Müxbirimizin bu məlumatındakı bəzi detallardan ayrıd etmək mümkündür ki, Moskvanın “Metro Universitet” deyilən ərazisində hər birinin qiyməti 1 milyon dollardan yuxarı olan iki mülk alan həmin ali məktəb rektoru kimdir…
/kirpi.tv/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.