Ziya Məmmədov 20 milyard dolları hara xərcləyib?

12-06-2014, 13:08   
Ziya Məmmədov 20 milyard dolları hara xərcləyib?
Son 10 ildə Azərbaycanda nəqliyyat infrastrukturuna 20 mlrd. dollar sərmayə qoyulub.

Bu vəsait dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsi, yeni hava gəmilərinin alınması, bir sözlə, nəqliyyatın bütün sahələrinə yatırılıb.

“APA-Economics”in xəbərinə görə, bunu Bakı Ekspo Mərkəzində XIII beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (Road and Traffic 2014) sərgilərinin açılışında çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, son 10 ildə ölkədə 9 mindən artıq avtomobil yolu qurulub və yenidən bərpa olunub.

Nazir müavini nəqliyyat sektorunda layihələr həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərin də iştirak etdiyini vurğulayaraq, onların da ölkənin bu sektoruna öz töhfələrini verdiklərini bildirib.

M. Pənahov bildirib ki, artıq Azərbaycan şirkətləri də xaricdə nüfuz qazanıb və digər ölkələrdən də daha fəal şəkildə layihələrdə iştirak edirlər.

Virtualaz.org xatırladır ki, 2002-ci ildən nəqliyyat naziri Ziya Məmmədovdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.