Bakı universitetlərində “şortik“ qadağası

12-06-2014, 15:02   

ADİU və BDU-da tələbələrə bəzi geyimlər qadağan edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.

Bu barədə Qaynar.info-ya tələbələr məlumat verib.

Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir.

Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.

Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə "səndəl"də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.

Məsələ ilə bağlı adıçəkilən təhsil ocaqlarının da mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.