ASC sədrinin oğluyla şərikli təsis edilmiş «Proyekt» MMC-nin həmtəsisçisinin arvadı erməni imiş, baldızının adına isə Avropada şirkət yaradılıb
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin adına olan şirkətlə bağlı olduqca qalmaqallı və maraqlı bir iddia gündəmə gəlib. JAM.AZ-ın ünvanına daxil olan məlumatda vurğulanır ki, sözügedən ailənin yaratdığı şirkətdə təmsil olunan həmtəsisçilərdən birinin həyat yoldaşı ermənidir.
Mənbə iddia edir ki, 04 aprel 2011-ci ildə qeydiyyatdan keçmiş, nizamnamə kapitalı cəmi 100 azn olan "PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu görsənir. «Əhmədzadə Cuma Əhməd oğlu adından da görsəndiyi kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur».
JAM.AZ-a yazılı məlumat göndərən mənbə bildirib ki, Nadir Umarovun həyat yoldaşı isə əslən erməni, 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. «Maraqlısı odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü azərbaycanlıkimi qələmə versə də, kiminsə onun izinə düşəcəyindən ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməyib».
Amma mənbə başqa bir şok məlumatı da gündəmə gətirib. Belə ki, o, Fəridə adlı qadının bacısının 1988-ci il hadisələri zamanı Avropaya qaçaraq sığınacaq aldığını vurğulayıb. «Əhmədzadələr həm də onun bacısının İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə müxtəlif adlı firmalar açıblar».
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.