Paytaxtın Nizami rayonu ərazisində yerləşən Bakı Texniki Kolleci haqqında redaksiyamıza ilgin məlumatlar daxil olub. Mənbənin verdiyi məlumata görə,kollec rəhbərliyi öz vəzifələrindən sui-istifadə edərək kollecin bir hissəsini qanunsuz şəkildə icarəyə verib. İcarə verilən ərazidə isə avtomobil təmiri, yuyulması kimi obyektlər işlədilir. Avtomobil təmiri və yuyulması ilə məşğul olan bu obyektdə 10- dan çox işci fəaliyyət göstərir. Verilən məlumatda bildirilir ki, kollecdə dərsə davamiyyət sıfır səviyyədədir . Son vaxtlar kollecin direktorunun başının ağır dərddə olduğu və külli miqdarda borca düşdüyü də verilən məlumatlar sırasaındadır. Ətrafda yaşayan sakinlərin dediklərinə görə, bu obyektlər 4-5 ildən çoxdur ki, burada fəaliyyət göstərir. "Mən beş ildir ki, burda yaşayıram. Bu obyektlər də mən bura köçəndən burdadır. Bəlkə də daha öncədən də fəaliyyət göstərir. Amma heç doğru bir şey deyil. Təhsil ocağında avtomobil təmir edirlər. Gülməlidir, həqiqətən çox gülməlidir. İkinci mərtəbədə şagirdlər dərs keçir, birinci mərtəbədə kimsə dəmir döyəcləyir. Yuxarılar görmürlər ki, kollecin bir hissəsi təmirxana olub?"Digər məlumata görə isə Bakı Texniki Kolleci Azərbaycan təhsilinin üz qarasıdır. "Bu kollec təhsilimizin üz qarasıdır. Tamamilə biabırçılıqdır, belə şey olmaz. Onsuz da təhsil sistemimiz bərbaddır, rüşvətxorluq baş alıb gedir. İndi də təhsil ocaqlarını obyektə çevirib, ciblərini doldururlar. Hər şeydən pul qazanmağı bacarırlar. İndi binanın bir hissəsini obyektə çevirən insan, sabah bütün tələbələri binadan çıxarıb, tamamilə satsalar təəccüblənmərəm. Binanı gözəllik salonu, çayxana, şadlıq sarayı edərlər ki, təki pul olsun. Təzə nazir gələndən sonra ümüdlənmişdim ki, bəlkə bu qanunsuzluqların kökü kəsilər, amma hələ ki, nəticəsi yoxdur." Bu faktları adının çəkilməməsini istəyən mənbə bildirir. " Tələbələrin şikayəti bununla bitmir. Onlar kollecdə ayaq tutub yeriyən rüşvətlərdən boğaza yığıldıqlarını deyirlər. "Onsuz da kollecimizdə rüşvət baş alıb gedir, bir də bu qanunsuzluqlar bizi boğaza yığıb. Görün, hansı vəziyyətdir ki, biri-birimizlə dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimə nə qədər rüşvət verəcəyimizdən danışırıq. Hər imtahanda pul verməkdən nə cibimizdə bir qəpik pul qalıb, nə də valideyinlərimizdən pul istəməyə üzümüz. Pul almaq üçün başımıza min oyun açırlar. İmtahanlar zamanı, vaxtın bitməsinə 30 dəqiqə qalmasına baxmayaraq, imtahan vərəqələri əlimizdən alınır ki, yaza bilməyək. Kəsirə düşməmək üçün biz də məcbur pul verək".Tələbələr daha çox kollecin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədovdan şikayət edirlər. Onların dediklərinə görə, Fərrux Məmmədov onlardan pul qoparmaq üçün hər cür yola əl atır. "Hətta məktəbin koridorunda imtahan belə keçirir. Bizdən pulu təkcə Fərrux müəllim almır, ondan başqaları da var. Kollecin şöbə müdiri və bir neçə müəllim. Pulu bizdən yığıb, kollecin direktoru Ramazan müəllimə verirlər". Bu kolleclə bağlı ilk şikayət deyil. Daha öncə də bu kollecdə tələbələrdən alınan rüşvətlərlə bağlı xəbərlər yayılmışdı. Bakı Texniki Kolecində hər tələbədən imtahan və "zacot" lar üçün 300 manatdan pul yığılması ilə bağlı bir neçə mətbuat orqanında xəbərlər getmişdi. Kollecin şöbə müdirinin adı bir neçə dəfə rüşvət almaqda hallanırdı. Qarşı tərəfin mövüeyini dərc etməyə hazırıq. Onu da biləcəksiniz ki, Ramazan Məmmədov niyə ölkədən qaçıb