Ölkədən qaçdığı deyilən sabiq «Aqrolizinq» sədri Bakıda çay evində «yaxalandı»

14-06-2014, 19:26   
Ölkədən qaçdığı deyilən sabiq «Aqrolizinq» sədri Bakıda çay evində «yaxalandı»
Bir müddət öncə «Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədrliyindən azad edilən Əli Bayramov müalicə olunmaq üçün Türkiyəyə getdiyi bildirilsə də, onun ölkədən qaçması barədə məlumatlar dolaşmaqdadır.
Belə ki, Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsinə səbəb barəsində tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə xəbərlər bu iddianın inandırıcılıq gücünü artırıb. Amma bu dəqiqələrdə MİA-nın əməkdaşı Ə.Bayramovun Bakıda olduğunu görüb. Belə ki, «Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri hazırda Binəqədi rayonu ərzasində İstanbul evlərinin yaxınlığındakı çay evlərinin birində oturub. Mia-nın əməkdaşı Ə.Bayramovun rəsmi geyimli iki nəfərlə işgüzar söhbət etdiyini müşahidə edib.

Münasib imkan tapa bilməyən əməkdaşımız görüntü əldə edə bilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.