Polis ev sahibinin 6 yaşlı qızını zorladığı deyilən kişini buraxdı

16-06-2014, 16:20   
Polis ev sahibinin 6 yaşlı qızını zorladığı deyilən kişini buraxdı
Ekspertiza: 6 yaşlı qız zorlanmayıb, ana kirayənişinə şər atır

Qonşunun 6 yaşlı qızını zorlamaqda təqsirləndirilən və 2 sutka saxlanılan 58 yaşlı Yaşar Yusifov azadlığa buraxılıb. Araşdırmalar bitənə qədər Yusifovdan başqa yerə getməmək barədə iltizam alınıb. Məlumatı Binəqədi Polis Idarəsi təsdiq edib. APA TV-nin xəbərinə görə, valideyləri tərəfindən zorlandığı deyilən 6 yaşlı qız ekspertizaya göndərilib. Ekspertizanın rəyinə görə uşaqda hər hansı bir zorlama əlaməti aşkar olunmayıb. Qeyd edək ki, hadisə Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib. Hadisə baş verərkən qız evlərində tək olub. Uşağın hansı formada, harada zorlandığı bildirilməsə də uşağın anası qonşulara xəbər verdikdən sonra Yusifov döyülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar davam edir. Tüfeyli həyat tərzinə və içkiyə meylli olduğundan Binəqədi polisi Yusifovun uşağa seksual zorakı hərəkətlər edə biləcəyini istisna etmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.