6 yaşlı qızın qorxunc xəstəliyi

17-06-2014, 13:56   

6 yaşlı amerikalı Rafaella Kopeanı anası və atası nadir rastlanan dəri xəstəliyi ucbatından nə öpə bilir nə də qucaqlaya bilir.

Ailem.az-ın xarici mətbuta istinadən xəbərinə görə, 6 yaşlı Rafaella doğuşdan epidermolisis bullosa xəstəsidir. Epidermolisis Bullosa (EB) çox nadir dəri xəstəliyidir.

Balaca qızın dərisi o qədər həssasdır ki, hətta bir yerə sürtündükdə içinə su dolub tökülməyə başlayır. Buna görə valideynləri onu doyunca öpüb, qucaqlaya bilmir. Rafaellanın atası “qızımın xəstəliyi çox irəliləyib. Hətta elə səviyyə çatıb ki, barmaqları bir-birinə yapışıb. Hər gün kremləyib, sarğı qoyuruq” deyir.

Həkimlər bu xəstəliyin müalicəsinin mümkünsüz olduğunu desələr də, ailə nə vaxtsa bu xəstəliyə qalib gələcəklərinə ümid edir.

ABŞ-da balaca Rafaellaya kömək üçün 600 min dollar pul toplanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.