Bakıda dənizdə batan yeniyetmənin cəsədi tapılıb

18-06-2014, 10:56   
Bakıda dənizdə batan yeniyetmənin cəsədi tapılıb
Bakıda dənizdə batan 16 yaşlı oğlanın cəsədi tapılıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Əli Ramin oğlu Səlimov batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Ə.Səlimovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Lökbatan" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Zuğulba-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.