Boks üzrə Rusiya çempionu Maksim Limonov güllələnib.
ANS PRESS-in məlumatına görə, boksçu Kemerovo vilayətinin Prokopevske şəhərindəki evinin qarşısında, avtomobilində güllələnib.
Boksçuya ötən gecə saat 01:00 radələrində hücum ediblər. Həmin vaxt Limonovun sevgilisi də maşında olub. Killer boksçuya 3 güllə atıb. Limonov yerindəcə keçinib. Onun sevgilisi isə xəsarət almayıb.
Hələ ki, qatili tapmaq mümkün olmayıb. Hadisənin hansı səbəbdən törədildiyi də məlum deyil.
Qeyd edək ki, Limonov 2011-ci ildə 72,5 kq-da Rusiya çempionu olub.