Gecə Bakının Nizami rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Avtoqəza Babək prospektində, üzü maşın bazarı istiqamətində hərəkət edən yolda baş verib. Qəza zamanı “Hyundai” , “Lada” və “Qazel” markalı yük maşınları toqquşub. Hadisənin necə baş verməsinə gəlincə, qəzadan əvvəl “Hyundai”ın sahibi avtomaşını yol kənarında saxlayaraq qarpız almaq üçün düşüb. Alış-veriş zaman üzü maşın bazarı istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomaşın arxadan “Hyundai”ya çırpılıb. Sonuncu nəqdiyyat vasitəsi isə öz növbəsində qarşıda dayanan yük maşının; arxa hissəsinə dəyib. Qəzadan sonra minik maşınları yararsız vəziyyətə düşüb.
Qəzanın səbəbkarı olan “Lada”nın sürücüsü hadisədən sonra idarə etdiyi maşını ataraq sərnişinləri ilə birlikdə hadisə yerindən uzuqlaşıb. Hadisə ilə bağlı ərazidə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin sənədlərinə baxış keçirilib və onların ifadələri alınıb. Hazırda polislər qəzanı törədən “Lada”nın sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalarını davam etdirirlər. Qəzanın səbəbləri isə təyin olunmuş avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq.