Ədirnədə polisi ürəyindən vuraraq öldürən azərbaycanlı tutulub.
Virtualaz.org saytı xəbər verir ki, iyunun 9-da Türkiyənin Ədirnə şəhərində mafiya qrupları arasında baş verən atışmada öldürülən polis məmuru Hüseyn İmrağın qətlində təqsirli bilinən azərbaycanlı İstanbulda tutulub.
Adı açıqlanmayan azərbaycanlının Türkiyəni tərk etdiyi deyilsə də, Əsənyurdda gizləndiyi evdə saxlanılıb. Xatırladaq ki, iyunun 9-da günorta saatlarında Türkiyənin Ədirnə şəhərində “Lotu Quli” ləqəbli “vor zakon” Nadir Səlifovun qardaşı Natiq Səlifovun və “Albert Rıjiy”, “Alberg Gəncinski” ləqəbləri ilə tanınan Əli Heydərovun iştirak ilə atışma baş vermişdi.
Tərəflər arasında baş verən atışmada bir polis əməkdaşı öldürülmüş, 15 nəfər saxlanılmışdı. Saxlanılanların 7-si azərbaycanlı olub. Onlar sonradan sərbəst buraxılıblar. Hadisənin azərbaycanlı, rus və gürcü mafiya qruplarının “razborkası” nəticəsində baş verdiyi bildirilir.