Zaqatala Dövlət Təbiət Qoruğunda növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, reyd zamanı qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.