Ermənilər Naxçıvanda 100 kv.km torpaq tutub fotoları yaydı

19-06-2014, 15:21   

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, erməni hərbi qaynaqları Naxçıvanla sərhəddə neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə xəbər yayıblar. “Regnum” agentliyi erməni hərbi portal razm.info-ya istinadən xəbər verir ki, Ermənistan ordusu səssiz-səmirsiz Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperature fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri tutublar.

İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb. Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb. Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür. Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb.

Xatırladaq ki, Naxçıvanla sərhəddə atəşma xəbərləri gələndə yerli sakinlər virtualaz.org-a ermənilərin neytral ərazidə bəzi yüksəklikləri tutduqları barədə məlumat vermişdi. Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edirdi.
Ermənilər Naxçıvanda 100 kv.km torpaq tutub fotoları yaydı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.