Baş nazir İraqdakı yaşanan dramı məzhəb davası adlandırıb, Ekmələddin İhsanoğluna xeyir-dua verib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avstriya və Fransa səfərindən öncə Esenboğa hava limanında yerli və beynəlxalq media təmsilçilərinin suallarının cavablandırıb.
Qəzetçilərin ilk sualı müxalifərin vahid namizədi – çatı adayı məsələsi ilə bağlı olub. Qəzetçilərin “Ekmələddin İhsanoğlunun çatı adaylığı sizin üçün gözlənilməz oldumu” sualına baş nazir xsəthi cavab verib: “AKP öz ideologiyası olan partiyadır. Biz öz ideyalarımızı gerçəkləşdirmək üçün dəqiq strategiya müəyyən edirik. Partiyamızın qərarlar rəhbərliyin ortaq qərarlarıdır. Partiyanın prezidentliyə namizədi məsələsində geniş tərkibli müzakirələrimiz olub. Biz prezidentliyə namizədimizlə bağlı qəti qərarımızı yaxın günlərdə millətimizlə paylaşacağıq. Avqustun 10-da vətəndaşımızın seçkiyə gəlib doğru qərar verə biləcəyinə də heç bir şübhəmiz yoxdur. Müxalifətin namizədi ilə bağlı mənim bir söz söyləməmə gərək yoxdur. Hörmətli Kılıçdaroğlu ilə hörmətli Bahçeli bir dam (çatı Anadolu ləhcəsində dam deməkdir – red.) qurublar, xeyirli olsun”.
Qəzetçilər isə israrla baş nazirdən müxalifətdaxili proseslərlə bağlı fikrini almağa çalışıb. Yerli telekanallardan birinin sualı CHP daxilindəki İhsanoğlu etirazlarına AKP-nin münasibəti ilə bağlı olub. Ərdoğan növbəti dəfə israrla “susub”: “Mən CHP təmsilçisi deyiləm. AKP haqqında suallarınızı cavablandıra bilərəm. Dediyim kimi, AKP ideyalara söykənən bir partiyadır. Biz öz işlərimiz haqqında düşünür və öz işlərimizi müzakirə edirik. CHP-nin MHP-nin daxili məsələləri bizi ilgiləndirmir. Biz seçiləcək prezidentin nələr etməli olduğunu dəqiq bilən partiyayıq. AKP siyasəti bilən və siyasəti dünyaya çox fərqli bir formada daşımış partiyadır. Biz bu ölkədə mərkəz siyasəti başlatmışıq. Bu siyasətimizi də davam etdirəcəyik”.
Qəzetçilərin ən çox cavab almaq istədikləri məsələlərdən biri də İraqın quzeyində, eləcə də türkmənlərinin yaşadığı Kərkük vilayətində baş verənlər olub. Mosulda Türkiyə vətəndaşının qaçırılması haqqında suala cavab verən baş nazir bu xəbərin hələlik təsdiqlənmədiyini deyib: “Bizə bildirdilər ki belə bir olay baş verməyib. Buna baxmayaqraq biz Mosulda baş verənləri davamlı diqqətdə saxlayırıq. Dünən mənim bir heyətim quzey İraqda idi. Görüşlərini keçirib gecə yarısı Ankaraya qayıdıblar. Fərqli cəbhələrdə gedən çoxtərəfli sürəci izləməkdəyik. Hisslərimizlə hərəkət etməmiz, oradakı vətəndaşlarımız gələcək aqibəti üçün sıxıntılı birr durum yaratmış ola bilər. Bizim üçün ən önəmlisi 80 vətəndaşımızın sağ-salamat ölkəmizə dpnməsini təmin etməkdir. Bəsrə baş konsulluğumuzu boşaltmışıq. İraqdakı tabloya görə harada bir təhdid, həssaslıq görürüksə vətəndaşlarımızı həmin əazrilərdən uzaqlaşdırmağa çalışırıq”.
Ərdoğan İŞİD-in şiələr kütləvi şəkildə qətlə yetirməsi məsələsindən də danışıb: “Rəsmi ABŞ Davranışları və açıqlamaları ilə bu hücumlara sıcaq baxmadığını bildirib. İŞİD ünsürləri xalqla iç-içə olması İraqda çoxsaylı mülki şəxslərin qətlinə yol aça bilər. Məsələnin belə bir həssas tərəfi vardır. İraq ordusunun qaçaraq əraziləri İŞİD ünsürlərinə verməsi çox üzücüdür. Olay artıq İŞİD-la İraq ordusu arasında bir savaş olmasından çıxaraq məzhəb savaşına çevrilmişdir. Biz bu durumu heç bir şəkildə qəbul etmirik. Bizim fikirlərimiz arasında məzhəb təəssübünün olması mümkün deyil. Bir müsəlman başqa bir müsəlmanı “Allahi əkbər” deyərək öldürə bilməz”.
Baş nazir Ərdoğan çıxışının sonunda Türkiyənin proseslərə müdaxiləsi məsələsinə toxunaraq deyib ki, ölkə üçün prioritet 80 vətəndaşın azad edilərək ölkəyə gətirilməsidir.