Futbol üzrə dünya çempionatının keçirildiyi Braziliyanın San-Paulu şəhərində İngiltərə-Uruqvay matçı oynanıb.
Matç ərəfəsində yerli xuliqanlar ingilis fanatlara hücum çəkiblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, insident FİFA-ın müəyyənləşdirdiyi "Fanat festivalı" arealındakı "Guanabara" barında baş verib.
Braziliyalı xuliqanlarla ingilis fanatlar arasında pabda dava düşüb. Davada 10 ingilis futbol fanatı yaralanıb.
Hadisə yerinə yollanmış polis 14 xuliqanı həbs edib.
Onlardan bıçaqlar, beşbarmaqlar, flayerlər və fişənglər tapılıb.
D qrupundakı İngiltərə-Uruqvay matçını San-Pauludakı "Corinthians Arena" stadionunun tribunalarından seyr edənlər arasında "Mançester Yunayted"in ulduzu Ueyn Runinin xanımı Kolin və övladları da vardı.