Bakıda yataqxanada ilan şoku

20-06-2014, 11:08   
Bakıda yataqxanada ilan şoku
Paytaxtın mərkəzindəki yataqxanalardan birində ilan tapılıb.
ANS TV-nin məlumatına görə, paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 1 ünvanındakı Texniki Universitetin yataqxanasının 4-cü mərtəbəsində qəfildən ilan peyda olub. Belə ki, ilan blokun tavanında görünüb, daha sonra o, dayanıb qonşuları ilə söhbət edən xanımın üzərinə düşüb. Ancaq xoşbəxtlikdən, ilan onu sancmayıb. Sadəcə xanımın üzərinə düşən ilan elə onun üzərindən də aşağıya doğru hərəkət edib. Bunu görən qonşular təşvişə düşüblər. Sürünən elə dərhal qonşular tərəfindən zərərsizləşdirlib.

Yataqxana sakinləri deyirlər ki, bir il bundan öncə də belə ilanlar bu binaya qonaq gəlibmiş. O, vaxtdan bu günə yaşayış yerinə sürünənlərin əleyhinə zərdab vurulmaması sakinlərin hiddətinə səbəb olub.

Uçuq-sökük bu köhnə binanın divarlarında müxtəlif cür dəliklər var. Sakinlər artıq çarəsizlikdən həmin dəlikləri özləri qapamağa məcbur olublar. Hər halda aidiyyatı qurumlar bu binada mövcud vəziyyəti nəzərə alıb hər hansı bir tədbir görə bilərlər ki, burda yaşayan sakinlərin sürünənlər hücumuna məruz qalmasınlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.