Milli Məclisin növbədənkənar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib.
Milli.az "Novosti Azərbaycan" agentliyinə istinadən xəbər verir ki, prestijli avtomobil nömrələrinin qiymətləri də müəyyən olunub.
Bundan sonra fərqli seriyalardan olan 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 kimi nömrələr 1500 manata satılacaq.
Eyni seriya hərfləri olan nömrələrin qiyməti 2500 manat olacaq. Misal üçün: 90-ЕЕ-005 nömrəsinin qiyməti 2 500 manat, 90-ЕН-005 nömrəsinin qiyməti isə 1500 manat olacaq.
Fərqli seriyalardan olan 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 kimi nömrələrin qiyməti 1000 manatdır. Bu nömrələr eyni seriyalıdırsa, 1500 manat olacaq.
Fərqli seriyalardan olan 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 kimi nömrələrin qiymətləri 500 manatdır.