Bir neçə gün öncə Daxili İşlər naziri Ramil Usubovun Abşeron Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat apardığı barədə yayılan xəbəri bu gün Aznevs.az saytı bir daha təsdiqləyib.
Bildirilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli Abşeron Rayon Polis Şöbəsinə rəis göndərilib və o, dünən kollektivə təqdim edilib.
Abşeron rayonunun polis rəisi Namiq İsmayılovun yeni təyinatı haqqında hələlik məlumat yoxdur.
Şəhriyar Şəmşirlinin “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşı olduğu qeyd olunur.