Moskvada azərbaycanlını öldürən rus faşistləri tutuldu

22-06-2014, 10:33   
Moskvada azərbaycanlını öldürən rus faşistləri tutulduMoskvada Azərbaycan vətəndaşını qətlə yetirən üç rus millətçisi həbs edilib.

ANS PRESS-in məlumatına görə, millətçilər iyunun 2-də Zaur Alışevə ağır bədən xəsarətləri yetiriblər. Onlar Rusiyanın “Restrukt” milliyyətçi hərəkatının üzvü olublar.

Qeyd edək ki, Zaur Alışev aldığı bədən xəsarətindən xəstəxanada keçinib.

Tutulanlar Moskva ali məktəblərinin tələbələridirlər. Onları 15 il həbs cəzası gözləyir.

“Restrukt” hərəkatının liderlərindən biri Maksim Martsinkeviçdir ki, hazırda o, həbsdədir. Hərəkat nasional-sosialist baxışları təbliğ edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.