Müsavat başqanından mitinq çağırışı: Dəyişikliklər üçün ilk növbədə sərbəst toplaşma azadlığımızı təmin etməliyik

30-03-2019, 10:40   

Müsavat başqanı Arif Hacılı “7 Aprel mitinqi” ilə bağlı çağırış edib.

Arif Hacılı bununla bağlı öz “facebook” səhifəsində status paylaşıb.

Arif Hacılı: Ötən əsrin 80-ci illərindən başlayaraq bütün xalqlar öz azadlıqlarına kütləvi aksiyalar, mitinqlər, yürüşlər vasitəsi ilə nail olub. 

Azad seçkilər də, demokratik islahatlar da kütləvi mitinqlərdən sonra, xalqın gücü, iradəsi ortada olanda baş tutur.

Dəyişikliklər üçün ilk növbədə sərbəst toplaşma azadlığımızı təmin etməliyik. Bütün maneələri aşıb toplaşa bildiyimiz gün Milli Dirçəliş günümüz olacaq. 

Layiqli inkişafımız da, Qarabağın azadlığı da daxil bütün problemlərimizin həlli də buradan başlayacaq. 

Azadlıqlar uğrunda mübarizəmiz sonadək davam edəcək. M.Ə. Rəsulzadənin təbirincə desək insan haqlarının, azadlıqların tərəfində olanlar qalib gələcək! 

Biz qalib gələcəyik!

Basta

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar