Bu günlərdə 7NEWS.az saytında "Adı müxtəlif qalmaqallarda hallanan "Sipark” rəhbərinin daha bir fırıldağı ifşa olundu:BU DƏFƏ TELEVİZİYALARI ALDATDI” başlığı ilə yazı dərc olundu. Əslində bu yazı dərc olunmamışdan qabaq aldadılan tərəf azı bir neçə dəfə şirkətlə danışıqlar aparıb, pulun ödənlməsini xahiş edib. "Sipark” şirkətinin rəhbəri Seymur İsayev isə çox kiçik bir məbləği (15750 azn) ödəməkdən imtina etməklə məsələni ikiqat qəziləşdirmiş oldu. Əslində Seymur İsayev tikinti sahəsində təcrübəli bir iş adamı kimi tanınır. Ancaq mətbuatda adını axtarışa versək kifayət qədər boşluqların olduğunu görərik. Açıq-aydın görünür ki, Seymur İsayev mediada "fırıldaqçı” kimi tanınan FETO-çuların əlinə "yem” kimi düşüb. Əgər belə olmasaydı Seymur İsayev "Baku Art Lab”-a ödəməli olduğu pulu bir müğənninin (red. onun adı da artıq bəllidir, növbəti yazımızda) "yarım” gecəsinə verməzdi. Əgər belə olmasaydı "Sipark”a yeni təyinən olunan, hər kəsin fətullahçı kimi tanıdığı xanım "jurnalist”i "Sipark İnşaat"dan bu şirkətə qarşı ittihamlara sərt cavab...” başlığı ilə olduqca qeyri-peşəkar və şirkəti uçuruma aparan, ən əsası isə "ödənişli” əsaslarla press-reliz yazdırmazdı. Yəni şirkətin fakt 9 həftə reklamı gedib, 15750 azn ödənməlidir, məsələ bu qədər bəsitdir. Ancaq Seymur İsayevin ətrafında olan insanlar bu məbləğin azı 2 qatını "prinsi aparırıq” adı altında xərclətmək niyyətindədirlər. Bir daha qeyd edirik ki, "Sipark” şirkətinin televiziyalara deyil, "Baku Art Lab” şirkətinə 15750 az borcu var. 14000 manat 9 həftəyə çıxan xərcdir, 1750 azn isə qazanc. Hətta müzakirələrin bir məqamında komanda qazancdan imtina etdi, 1750 manatı istəmədilər. "Baku Art Lab” şirkəti burada sadəcə texniki təminatı həyata keçirən vasitəçidir. Bu iş komanda işidir və "Sipark” inşaata görə bu komandanın üzvləri 14000 manat vəsait xərcləyiblər.
Ötən yazımızda "Sipark” inşaatla bağlı anons vermişdik. Həmin anonsda qeyd etdiyimiz yazılardan birini təqdim edirik. "Azadlıq radiosu” yazır ki, "Sipark” şirkətinin "krişası” Ağasəməd Əfəndiyevdir. Məlumat üçün qeyd edək ki, A.Əfəndiyev Vergilər nazirliyi İnsan Resursları İdarəsi rəisinin birinci müavini, aparat rəhbəri vəzifələrini icra edib. Buna qədər isə o bir çox MMC-lərin sahibi olub. Bu şirkətlər arasında ən üzdə olanı "Sipark” inşaatdır. Bundan başqa məlumatda qeyd olunur ki, Fazil Məmmədovun nazir olduğu dönəmdə və indi Ağasəməd Əfəndiyev Azərbaycanda təşkilatlanan "FETO” şəbəkəsinin "Xaç atası” kimi tanınıb. Məhz buna görə FETO şəbəkəsinin mediası sayılan SimSar.az-ın təsisçisi də "Sipark”a mətbuat katibi gətirildi. Məhz bu xanım jurnalistin təyinatı və pul müqavilində payladığı ilk pres-reliz həm şirkəti, həm onun rəhbərini, həm də "krişası”nı ifşa etmiş oldu. Türkiyədə baş verən son hadisələrdən sonra hər kəs FETO adlı terror təşkilatının olduğunu qəbul etdi. Azərbaycan da qardaş Türkiyənin yanında olduğunu FETO şəbəkəsini üzvlərini yox etməklə sübut etmiş oldu. Ölkəmiz bugün də bu siyasəti davam etdirir və ifşa olunan hər bir məmuru dərhal postundan azad edir.
Mövzu ilə bağlı redaksiyamıza daxil olan digər yazıları aşağıdakı ardıcıllıqla dərc edəcəyik:
1. Ağasəməd Əfəndiyevin mülklərinin və şirkətlərinin SİYAHISI YAYILDI
2. Qəzet dizaynerinə göndərilən mesajın təfərrüatı: "PULUMU VER, MƏNLƏ NƏ İSTƏYİRSƏN ET” – FOTOFAKT
3. Seymur İsayev müğənnilərlə harada görüşür – İDDİA
Mövzunu davam etdirəcəyik.
7NEWS.az