Dövlət başçısı İrlandiya nümayəndə heyətini sərt tənqid edib
Prezident İlham Əliyev Avropa Şürasının Parlament Assambleyasının iclasında İrlandiya nümayəndə heyətinin üzvü Maykl Maknamarı Azərbaycana qarşı qərəzli münasibət göstərməkdə təqsirləndirib.
ANS PRESS-in məlumatına görə, Maykl Maknamar prezident İlham Əliyevə Azərbaycanda siyasi məhbusların azad edilməsi ilə bağlı sual verib. Dövlət başçısı Maknamarın Azərbaycana qarşı qərəzli münasibət göstərdiyi və ölkədə siyasi məhbusların olmadığını deyib.
Maknamara sərt cavab verən İlham Əliyev bildirib ki, Maknamarın Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi yalan məlumatlar əsasında hazırlanıb. “İrlandiya nümayəndə heyəti bundan əvvəl də Azərbaycanı təhqir etməyə çalışıb”, deyə İlham Əliyev bildirib