Çörək zavodu çökdü

25-06-2014, 10:27   
Çörək zavodu çökdüİlkin ehtimala görə, hadisəyə səbəb su sızması olub
Bakıda, Bakıxanov qəsəbəsi ərazisində torpaq çöküb.
anaxeber.info Milli.Az-a istinadən xəbər verir ki, hadisə qəsəbədə yerləşən çörək zavodunun ərazisində baş verib.
Torpağın çökməsi nəticəsində zavodun girişində yerləşən təxminən 40 kvadrat metr sahəsi olan tikili də uçub və yarıya qədər torpağa girib.
İlkin ehtimala görə, hadisəyə səbəb su sızması olub. Belə ki, həmin ərazidən keçən boruda yaranan axıntı nəticəsində torpaq aşınıb və sonucda bu hadisə baş verib.
Hadisə yerində hazırda "Azərsu"nun əməkdaşları işləyirlər. Yaxınlıqdakı binaların su təchizatı dayandırılıb.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən zavodun direktoru elə həmin ərazidə, müəssisənin girişinin yaxınlığında çadır qurduraraq oğluna təmtəraqlı toy etmişdi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.