Elmar Vəliyev yol qəzasında ölən alimin kredit borcunu büdcə təşkilatlarından toplatdırır

25-06-2014, 15:40   
Elmar Vəliyev yol qəzasında ölən alimin kredit borcunu büdcə təşkilatlarından toplatdırırMəlum olduğu kimi keçən həftə Gəncədə faciəvi bir olay yaşanıb. Belə ki, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub
Məlumatlardan aydın olur ki, hadisə elm xadiminin evinin qarşısında, İsmət Qayıbov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.
anaxeber.info-a daxil olan informasiyalardan aydın olur ki, alimin dəfni mərasimində bir çox tanınmış simalar iştirak edib. Eləcə də Gəncənin icra başçısı Elmar Vəliyev. Məlumata görə, dəfn mərasimi zamanı alimin yerli banklara 60 min manata yaxın kredit borcunun olduğu müəyyənləşib və bu zaman icra hakimiyyəti başçısı Elmar Vəliyev mərhumun yaxınlarına həmin kredit borcunun yerli icra hakimiyyəti tərəfindən ödəniləcəyi haqda vəd verib.
Və bu vədin də bütün Gəncə əhlinin başına bəla olduğu söylənilir. Ölkənin ikinci ən böyük şəhərindən anaxeber.info-a edilən müraciətlərdən aydın olur ki, birbaşa olaraq Elmar Vəliyevin göstərişi ilə büdcə təşkilatlarından alimin banka olan kredit borcunun ödənilməsi üçün pul yığılır.
Mənbənin söylədikləri: «Bizim mərhum alimimizə hörmətimiz var. Amma bu o demək deyil ki, biz icra başçısının vəd etdiyi pulları toplayıb banka ödəməliyik. Bu gün Gəncədə hər kəsin banka borcu var. Hamı zar-zor gününü keçirir. Elmar Vəliyev kimlərəsə xoş görünə bilməsi üçün bu vədi veribsə, nədən bədəlini biz ödəməliyik?»

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.