"Guardian" Hacıbala Abutalıbovdan yazdı

26-06-2014, 09:12   
"Guardian" Hacıbala Abutalıbovdan yazdıBritaniyanın “The Guardian” qəzeti yazır ki, futbol üzrə dünya çempionatında cəmi 32 yığma oynayır, ancaq bu, o demək deyil ki, bu sıraya düşməyən ölkələr bu futbol bayramından qıraqda qalıblar.
Virtualaz.org saytı xəbər verir ki, qəzet belə ölkələr arasında İsveç, Polşa, Rumıniya, Ermənistan, Ukrayna, Gürcüstanla yanaşı Azərbaycanın da adını çəkir.
Qəzet yazır ki, Bakı meri Hacıbala Abutalıbov indiki Dünya Kubokunda Braziliya yığmasının azarkeşidir. Facebookda gedən yazıları araşdıran qəzet bildirir ki, bir çox azərbaycanlılar indiki dünya çempionatında Rusiyanın uduzmasını istəyir. Bir azərbaycanlı facebookda yazır ki, “futbol Krım deyil ki, Putin öz tankları, ordusu ilə qalib gələ bilsin”.
Ermənistanda prezident Serj Sərkisyan isə Almaniyanın qalib gəlməsini istəyir. Onun buna maraqlı izahı var. Ermənistan yoldaşlıq görüşündə Almaniyaya 1:6 hesabı ilə uduzdu. İyunun 17-də televiziya ilə çıxışında Sərkisyan deyib ki, Almaniya Brazilyada qalib gəlsə, onda Ermənistanın həmin məğlubiyyəti belə ağrıdıcı görsənməyəcək. Bu fikirlə ermənilərin çoxu razılaşır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.