DEPUTAT DÖVLƏT TƏHSİL SİSTEMİNİ SƏVİYYƏSİZ ADLANDIRDI

28-06-2014, 11:16   
DEPUTAT DÖVLƏT TƏHSİL SİSTEMİNİ SƏVİYYƏSİZ ADLANDIRDIFəzail Ağamalı “Gülən”cilərin məktəbləri haqda deyilənləri də yalanladı: “Nurçular və Fətullah Gülən barəsində onlar heç nə danışmayıblar”

“Övladlarım evdə Fətullah Gülən barəsində danışmayıblar”. ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalıu Aərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” bağlanmasına etiraz edən valdideylərə və şagirdlərə cavab olaraq deyib. O, qeyd edib ki, Təhsil Nazirliyi bununla bağlı ciddi addımlar atmalıdır: “Nazirlik bizim səsimizi eşitməlidir”.
Daha sonra millət vəkili türk liseylərinin Fətullah Gülənə məxsus olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Bu məktəblərin Ərdoğanın Azərbaycan səfəri və Fətullah Gülənlə əlaqədərdar olaraq bağlanması barəsində heç nə bilmirəm. Problemlərə görə bu məktəblərin bağlanması barədə qərar qəbul edilib”.
Ağamalı dövlət orta məktəblərində təhsilin səviyyəsinin aşağı olduğunu söyləyib valideynlərə öz məsləhətlərini verib: “Mən həmin bağlanan məktəblərə görə etiraz edən valideylərə uşaqlarını özəl məktəblərə qoymalarları ilə bağlı məsləhət vermişəm. “Xəzər” və “Azərbaycan-Avropa” tipli özəl məktəblər var. “Çağ öyrətim” kimi bu məktəblər də özəldir. Mən övladları yuxarıda dediyim iki məktəbdən birinə qoyacam. Çünki ayrı seçimimiz yoxdur. Mən özümüm həmin məktəblərdə oxuyan nəvələrimin biliyinə şahidəm. Birmənalı olaraq mən övladlarımı dövlət məktəblərinə qoymayacam. Çünki dövlət məktəblərində o, səviyyə yoxdur. Bu reallığı qəbul etməl lazımdır. Ölkənin Təhsil Nazirliyi islahatlar keçirir. Ümid edirəm ki, onun bu addımları yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün orta məktəblərdəki təlim tərbiyə və tədris də ciddi problemlər var. Bakıda yalnız bir neçə orta məktəb yüksək səviyyəli təhsil verir”.

Millət vəkili “Çağ öyrətim” məktəblərində oxuyan övladlarının hər hansı bir təsir dairəsinə düşməsi barəsində də verilən sualı cavablandırıb: “Mən övladlarımda elə bir təsir görməmişəm. Nurçular və Fətullah Gülən barəsində onlar heç nə danışmayıblar. Evdə belə bir söhbət olmayıb. Daha çox onlar Azərbaycana, bayrağa bağlılıq, vətənpərvərliklə bağlı danışıdırlar. Sentyabr ayına qədər elə addımlar atılmalıdır ki, bu uşaqlar çöldə qalmasınlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.