Redaksiyamıza şikayət məktubu daxil olub və məktubda deputat Elmira Axundova ittiham edilir.
“Mən Aşurov Sahib yazıb sizə bildirirəm ki, Bülbül prospekti 65, mənzil 30-da yaşayıram. Bizim həyətdə qeyri-qanuni avto yuma fəaliyyət göstərir. Həmin avtoyumada işləyən 4 nəfər hər gün həyətdə avtoşluq edir və sakinlərin rahat gəzməsinə mane olurlar. Iradımızı bildirəndə isə, Elmira Axundovanın adını verirlər. Qardaşım onlara etiraz edəndə 3 nəfər onun üzərinə hücum edərək xəsarət yetirmişdilər. Atam Elmira Axundovanın oğluna bu haqda məlumat versə də, oğlu bildirib ki, bu evi mənə prezident, avtoyumanı isə Azay müəllim bağışlayıb. Deyib ki, get kimə istəyirsən şikayət et. Atam Vergilər idarəsinə müraciət etdikdən sonra Elmira Axundovanın oğlu bizi 4 gün narahat etdi. Biz bilmirik ki, Elmira Axundovanın bu qanunsuz hərəkətinə görə kimə müraciət edək. Elmira Axundovanın sürücüsünün əlindən də həyətdə gəzmək mümkün deyil. Bir sözlə həyəti bazara çeviriblər”.
Şikayət məktubunda səslənən fikirlərlə bağlı Elmira Axundovanın mövqeyini öyrənməyə çalışsaq da, telefonlarımıza cavab verilmədi. Hətta, deputata mesaj da göndərdik. Bununla belə deputatın mövqeyini dərc etməyə hazırıq.